Yevlax rayon Mərkəzi kitabxanası

Yevlax rayon MKS
Tədbirlər
20 İyun , 2017

26 iyun "Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü" ilə əlaqədar 12.06.2017 -ci il tarixdə Yevlax şəhər Mərkəzi Kitabxanasında şəhər 1 və 9 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə söhbət aparılmışdır. MKS - in direktor müavini T.Həsənov narkomaniyanın cəmiyyətdə törətdiyi bəlalardan, gənclərimizin əsassız olaraq bu bəlaya qurşanmasından və bu işdə hər bir üzvünün narkomaniyaya qarşı fəal olmasından söhbət açdı. O, qeyd etdi ki, narkomaniya artıq qlobal bir bəladır.
Harada olmağımızdan asılı olmayaraq hər birimiz narkomaniyaya qarşı mübarizə aparmalıyıq. Son illər ölkəmizdə də narkomaniya və narkobiznesə qarşı dövlətimiz tərəfindən mübarizə tədbirləri gücləndirilmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013- 2018-cillər üçün Dövlət Proqramı"nı təsdiq etmişdir.9 nömrəli tam orta məktəbin müəlliməsi R.Əzimova bu mövzuda belə tədbirlərin
keçirilməsinin əhəmiyyətini qeyd edərək göstərdi ki, belə tədbirlər gənclərimizin mənəviyyatının saflığına, təmizliyinə müsbət  təsir göstərir, onların cəmiyyətdə sağlam vətəndaş kimi formalaşmasında əhəmiyyətli rol oynayır. Tədbirin sonunda məktəblilər
"Narkomaniyaya yox deyək" başlıqlı sərgi ilə tanış oldular.

Foto Qalereya