Yevlax rayon Mərkəzi kitabxanası

Yevlax rayon MKS
Rayon haqqında
3 Aprel , 2015

Yevlax — Azərbaycanda şəhər. 1938-ci ildə rayon şəhər statusu almışdır. 6 yanvar 1965-ci ildən Respublika şəhərdir. 2010-cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Yevlax şəhərində 64.524 nəfər əhali yaşayır. Yevlax şəhəri Bakıdan 293 km aralı Kürçayının sağ sahilində, düzənlikdədir. (Gəncə-Qazax düzənliyinin cənub-şərqi, Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı). Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi var. XX əsrin 80-ci illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən "Vağzal" kimi tanınan Yevlax XIX əsrin əvvəllərinə aid rəsmi sənədlərdə və mənbələrdəYelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. 1939-cu ilin fevralın 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər statusu verilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır. 2004-cü ilin mart ayından başlayaraq şəhərdə bir sıra sənaye obyektləri yenidən qurulmuş və ya tikilmişdir. «Təmir» ATSC yenidən qurulmuş və burada müxtəlif markalı traktorlar yığılır və təmir edilir. Həmçinin “Lalə-Tekstil“ tikiş, “Arfa“ mebel fabrikləri, “Gilan“dəri emalı, “Dan“ kərpic zavodları, “Qida“ MMC, konserv sexi və başqa yeni istehsal müəssisələri fəaliyyət göstərir. Yevlax, eyni zamanda, nəqliyyat qovşağı şəhəridir. Respublika əhəmiyyətli Baki-Tbilisi dəmiryolu, Bakı-Qazax avtomobil yolu, Bakı-Supsa Bakı-Tbilisi-Ceyhan neft, Qazax-Ağstafa, Bakı-Ərzurum qaz kəmərləri, də Yevlaxdan keçir. Yevlaxda həmçinin daxili uçuşlara xidmət edən Yevlax Hava Limanı  yerləşir. Son illər çəkilişinə başlanılmış Baki-Tbilisi Qars dəmiryolu xəttinin də buradan keçməsi Yevlax üçün əhəmiyyətli perspektiv vəd edir. Karvan futbol klubu 11 iyun 2004-cü ildə Yevlax şəhərində təsis edilmişdir. Klub üçün 5000 yerlik müasir standartlara cavab verən stadion, həmçinin ehtiyat meydança qurulmuş, futbolçular üçün düşərgə inşa edilmiş və bütün lazımi infrastrukturla təchiz olunmuşdur.

Tanınmış şəxsləri:

Pavel Volya-rus ilahiyyatçısı, filosofu və riyaziyyatçısı

Elmar Vəliyev-Gəncə şəhər İcra Hakimiyətinin başçısı