Yevlax rayon Mərkəzi kitabxanası

Yevlax rayon MKS
Tədbirlər
19 Oktyabr , 2021
Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mərkəzi kitabxanasında 9 nömrəli şəhər tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə 19.10.2021- cil il tarixdə 18 oktyabr Müstəqilliyin bərpası gününə həsr olunmuş "Azərbaycan regionun ən güclü dövlətidir" adlı dəyirmi masa təşkil olunmuşdur.Tədbiri giriş sözü ilə açan Yevlax şəhər MKS-in direktoru Vüsalə Məmmədova bu günün Azərbaycan tarixi ndə mühüm günlərdən biri olduğunu qeyd etdi. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini yenidən bərpa etdi. MKS -in direktor müavini Tofiq Həsənov, 9 nömrəli şəhər tam orta məktəbin müəllimələri Şəhla Pənahova və Sahibə Quliyeva öz çıxışlarında qeyd etdilər ki, Azərbaycan bu gün dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.Azərbaycanın bugünkü sosial - iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Çıxışlardan sonra Müstəqilliyinin bərpasının 30 -cu ildönümünə həsr olunmuş videofilm nümayiş olundu.