Yevlax rayon Mərkəzi kitabxanası

Yevlax rayon MKS
Xəbərlər
9 Oktyabr , 2021
Xocavənd adlı yaşayayış məntəqəsinin adı 1823-cü il Qarabağ Vilayətinin vergi dəftərlərində keçir. Əhalisi köçəri Azərbaycanlılardan təşkil olunduğu açıq-aşkar yazılıb.[2] Xocavənd rayonunun 1923-cu ilədək adı Aşağı Qaranlıq olmuşdur. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlıdır. Məntəqə adını ərazidəki Qaranlıq dağından almışdır. Ərazidə eyniadlı çay da vardır. Ermənistan ərazisindəki Martuni rayonunun adı da 1946-cı ilədək Aşağı Qaranlıq olmuşdur.
26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km­­², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.
1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 10 noyabr 2020-ci ilə qədər Xocavənd rayonunun Hadrut qəsəbəsi və 34 kəndi işğal azad edilmişdir.
10 noyabr 2020-ci il tarixdə imzalanmış atəşkəsə əsasən Xocavənd rayonu müvəqqəti olaraq Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir.
Hadrut qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 9 oktyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilib.
Qəsəbənin adı İran dillərindəki ha (ara), du (iki) və rud (çay) komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır. Qəsəbənin adı fars dilində "hədi dü rud", yəni "iki çay arası" mənasına gəlir.
Vikipediya-nın məlumatına görə, Hadrut qəsəbəsinin 1939-cu ilədək adı Dizaq olub. Qozluçayın dərəsində, Arqu dağının ətəyində yerləşir. XIX əsrdə isə qəsəbənin adı Ağoğlan kimi qeydə alınıb.
10 sentyabr 1939-cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb.