Yevlax rayon Mərkəzi kitabxanası

Yevlax rayon MKS
Tədbirlər
27 Avqust , 2021
Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mərkəzi kitabxanasında 26.08.2021-ci il tarixində Beynəlxalq Muğam gününə həsr olunmuş “Haqqa düşmən olanı haqqa tapındırdı muğam” adlı dəyirmi masa təşkil olundu. Tədbirdə Mərkəzi kitabxana, 2 nömrəli uşaq musiqi məktəbi və şəhər 9 nömrəli tam orta məktəbin əməkdaşları iştirak edirdi. Tədbiri giriş sözü ilə açan MKS – in direktor müavini T.Həsənov Azərbaycan muğam sənətinin tarixindən, bu günündən tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bildirdi ki, musiqi sənətimizin əsasını təşkil edən muğam qədim tarixə malikdir. Bu gün muğam sənətimizin dünyaya tanıdılmasında Azərbaycanın birinci vitse – prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük rolu vardır. Çıxış üçün söz alan MKS – in direktoru V.Məmmədova, 9 nömrəli şəhər tam orta məktəbin dil - ədəbiyyat müəlliməsi L.Həsənova, 2 nömrəli şəhər uşaq musiqi məktəbinin müəlliməsi A.Məmmədova bu gün ölkəmizdə dövlət səviyyəsində muğam sənətinə və bu sənətin inkişaf etdirilməsinə göstərilən dövlət qayğısından ətraflı söhbət açdılar. Bildirdilər ki, çox sevindirici haldır ki, bu gün muğam sərhəddimizi aşaraq bütün dünyada geniş şəkildə tanınır və sevilir. Sonda tədbir iştirakçıları Mərkəzi kitabxanada Beynəlxalq muğam gününə həsr olunmuş sərgi ilə tanış oldular. MKS – in tabeliyində olan kitabxana – filiallarda Beynəlxalq muğam günü ilə əlaqədar videoçarxlar hazırlanmışdır.