Yevlax rayon Mərkəzi kitabxanası

Yevlax rayon MKS
Görkəmli şəxsiyyətlər
15 Fevral , 2021

Rayonumuzun sayılıb seçilən ziyalılardan biri olan Qəşənk Teymur qızı Səfərəliyeva 9 may 1948-ci ildı igidlər oylağı olan Laçın rayonunda anadan olmuşdur. 1967-ci ildı tale onu Yevlax rayonuna gətirib. Öncə təhsilini Kitabxanaçılıq Texnikumunda sonra isə ADU(BDU)-da almışdır. Uzun illər Varvara kənd kitabxabasında və kənd orda məktəbində fəaliyyət göstərmişdir. Bir müddət Yevlax rayonu İcra Hakimiyyətinin Varvara kənd üzrə nümayəndəsi də işləmişdir. İşlədiyi müddət ərzində özünün qəbiliyyəti, işə məsuliyyəti ilə fərqlənmişdir. Rayonun və kəndin ictimai-siyasi həyatında öz fəallığı ilə seçilmişdir. Qəşənk Səfərəliyva eyni zamanda yaradıcı bir insandır. Sözə, şeirə İlahi bir güvvə kimi baxan Qəşənk xanım özü də şeirlər yazır. Belə ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan igidlərimizin xatirəsinə həsr etdiyi "Vətən sizi yaşadacaq" və "Mən varamsa at kədərin daşını"adlı kitabların müəllifidir. Bu gün Qəşənk xanım Səfərəliyva təqayüd yaşında olasa da onun mənalı həyat yolu hər birimiz üçün örnəkdir.