Yevlax rayon Mərkəzi kitabxanası

Yevlax rayon MKS
Rayon haqqında
27 Yanvar , 2021

Ötən əsrin 80-cı illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən “Vağzal” kimi tanınan Yevlax XIX əsrin sonu XX əsrin əvvələrinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır.
Azərbaycan SSR MİR-nin qərarı ilə 1935-ci ilin 20 fevral tarixində Yevlax rayonu təşkil edilmişdir.
1939-cu ilin fevral ayının 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər adı verilmişdir.
1962-ci il dekabrın 26-da çağrılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir. 1965-ci ildə Yevlax yenidən müstəqil rayona çevrilmişdir.
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır.
Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumundan sonra ulu öndərimiz Heydər Əliyevin qayğısı sayəsində Yevlaxda 70-ci illərdən başlayaraq bir-birinin ardınca yeni, iri sənaye obyektləri tikilmiş və Yevlax tədricən sənaye şəhərinə çevrilmişdir.
Ötən əsrin 70-80-cı illərində Yevlaxda Pambıqtəmizləmə, Tütün fermentləmə, 2 Dəmir beton məmulatları, Çörək, Traktor təmiri, Pivə və spirtsiz içkilər zavodu, “Qarabağ” istehsalat, Taxıl məhsulları,sənaye kombinatları, onlarca iri nəqliyyat, tikinti müəssisəsi, rayonlararası təchizat bazaları və.s fəaliyyət göstərmişdir.
Yevlax-Xankəndi, Yevlax-Balakən dəmiryolu xətti çəkilmiş, Yevlax hava limanı, respublikamızdan kənarda da şöhrət qazanmış Xaldan kənd Kompleks orta məktəbi, Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, 10535 şagird yerlik 19 orta məktəb, 840 yerlik 15 uşaq bağçası, xəstəxana, mədəni-maarif müəssisələri, çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir.
1978-ci ildə istifadəyə verilən Zaqafqaziyada ən iri sənaye müəssisəsi olan Yevlax Yunun ilkin emalı fabrikinin işə düşməsi sayəsində Yevlax şəhəri sənaye məhsullarının istehsal həcminə görə o dövrdə respublikasının 3 ən iri sənaye şəhərindən birinə çevrilmişdir.
Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlikdədir. (Gəncə-Qazax düzənliyinin cənub-şərqi, Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı). Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi var. Ərazidən Kür çayı, Əlican, Korçay və İncəçayın aşağı axınları keçir. Mingəçevir su anbarının cənub şərq hissəsi, Varvara su anbarı Yevlax ərazisində yerləşir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının yuxarı hissələri rayon ərazisindədir.
Ərazi boz-çəmən,çəmən-boz, allüvial çəmən, şabalıdı, şorakətvarı boz-qonur, əksər hallarda isə qoran torpaqlardır. Bitki örtüyü əsasən yarımsəhra tiplidir. Kserofit seyrək meşələr, Tuqay meşə, düzən gölməçəlik və subasar çəmən, o cümlədən səhra bitkiləri yayılmışdır.  Meşə fondu 4450 hektardır. Heyvanları: canavar, tülkü, boz dovşan, çöl donuzu, kirpi, porsuq, çaqqal , quşları: turac, kəklik, sığırçın,bayquş, kol xoruzu, ağacdələn, sarıköynək və sairdir.     
Yevlax, eyni zamanda, nəqliyyat qovşağı şəhəridir. Respublika əhəmiyyətli Bakı-Tbilisi dəmir yolu, Bakı-Qazax avtomobil yolu, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Qazax-Ağstafa, Bakı-Ərzurum qaz kəmərləri də Yevlaxdan keçir.
Son illər çəkilişinə başlanılmış Bakı-Tbilisi-Qaz dəmir yolu xəttinin də buradan keçməsi Yevlax üçün əhəmiyyətli perspektiv vəd edir.
Yevlax rayonunun ümumi ərazisi 1540 kvadrat metrdir. Əhalinin ümumi  sayı 118.408 nəfərdir. Yevlax şəhərində 64524 nəfər, kəndlərində(Aran qəsəbəsi də daxil olmaqla)60876 nəfər əhali yaşayır (01 yanvar 2010-cu il tarixə).Yevlaxda bir şəhər,2 qəsəbə və 47 kənd vardır.
Yevlax şəhəri Aran şəhər tipli qəsəbə                   İsmayılabad kəndi 
Meyvəli qəsəbəsi                                                     Qaraməmmədli kəndi
Qaramanlı kəndi                                                       Rüstəmli kəndi
Köyük kəndi                                                               Səmədabad kənd
Dəlləkər kəndi                                                            Qoyunbinəsi kəndi                                             
Nəmərli kəndi                                                              Malbinəsi kəndi
Hacımahmudlu kəndi                                                  Kövər kəndi
Nuralılar kəndi                                                              Kolanı kəndi
Nemətabad kəndi                                                        Nərimanabad kəndi
Yaldili kəndi                                                                 Duzdaq kəndi                                   
Bünyaabad kəndi                                                        Tanrıqulular kəndi
Salahlı kəndi                                                                  Boşçalı kəndi                                                          
Hürüuşağı kəndi                                                            Ağqıraq kəndi
Balçılı kəndi                                                                    Cırdaxan kəndi
Varvara kəndi                                                                  Hacıselli kəndi
Havarlı kəndi                                                                    Marzılı kəndi
Əkşəm kəndi                                                                    Aşağı Bucaq kəndi
Marzılı kəndi                                                                    Yenicə kəndi
Yuxarı Bucaq kəni                                                            Bəydilli kəndi
Gülövşə kəndi                                                                    Xaldan kəndi
Ərəş kəndi                                                                           Quşçu kəndi
Yuxarı Salamabad kəni                                                     Qaraoğlan kəndi
Aşağı Salamabad kəndi                                                     Yuxarı Qarxun kəndi
Əcəmi kəndi                                                                        Aşağı Qarxun kəndi
                                                                                              Ərəbbəsrə kəndi
                                                                                                Xanabad kəndi
Şəhərdə uzunluğu 4200 metr olan Heydər Əliyev, uzunluğu 5500 metr olan Nizami prospektləri, 168 küçə vardır. Ümummilli liderimiz Heydər Əliyevin abidəsi ucaldılmış, şəhərin ən böyük meydanı olan Heydər Əliyev meydanı, Heydər Əliyev xiyabanı, Dədə Qorqud, Səməd Vurğun, Nizami, Dostluq, Müstəqillik parkları  salınmışdır. Burada 5000 yerlik, Avropa standanrtlarına cavab verən şəhər stadionu, 4 idman meydançası 2004-cü ilin aprel-avqust  aylarında əhalinin istifadəsinə verilmişdir. Şəhərin idman şərəfini qoruyan “Karvan“ idman klubunun “Karvan“ futbol komandası ölkə çempionatının güclülər dəstəsində çıxış edir.
2004-cü ilin mart ayından başlayaraq şəhərdə bir sıra sənaye obyektləri yenidən qurulmuş və ya tikilmişdir. “Təmir” ATSC yenidən qurulmuş və burada müxtəlif markalı traktorlar yığılır və təmir edilir. Həmçinin “Lalə-Tekstil“ tikiş, “Arfa“ mebel fabrikləri, “Gilan“dəri emalı, “Dan“ kərpic zavodları, “Qida“ MMC, konserv sexi və başqa yeni istehsal müəssisələri fəaliyyət göstərir.
Yevlaxda 57 ümumtəhsil məktəbində (40 orta, 9 əsas, 8 ibtidai məkitəb) 17146 uşaq oxuyur. 1 peşə məktəbində  9 qrupda 105 şagird müxtəlif peşələr öyrənir. 25 məktəbəqədər uşaq müəssisəsində 1379 uşaq tərbiyə alır. Uşaq Gənclər İdman və Şahmat məktəbləri, uşaq yaradıcılıq mərkəzi və texniki yaradıcılıq mərkəzi fəaliyyət göstərir.
Yevlaxda 59 kitabxana, 1 Saray,18 mədəniyyət evi, 2 muzey, 22 klub,  6 musiqi məktəbi, B.Səfəroğlu adına xalq teatr və kukla teatrı, “Ərəş”, “İlkin”, “Karvan”, “Səda” muçiqi kollektivləri vardır.
Yevlax rayonu ərazisində Yevlaxıvn qədim yaşayış məskəni olmasını sübut edən bir sıra tarixi abidələr vardır. E.ə. III minilliyin sonlarına aid olan Qoçtəpə kurqanı rayonun Qaraməmmədli kəndi ilə Rüstəmli kəndi arasındakı ərazidə yerləşir. Kurqana yaxın yerdə vaxtı ilə eyni adlı yaşayış məntəqəsi- Qoçtəpə kəndi olmuş, 1938-ci ildə həmin kənd ləğv edilərək əhalisi Qaraməmmədli kəndinə köçürülmüşdür.
Yevlax rayonunun Şirvan bölgəsində yerləşən ərazi orta əsrlərdə Azərbaycanın iri şəhərlərindən biri olan Ərəş şəhərinin və bu şəhərin adından götürülmüş Ərəş mahalının bir hissəsi idi. Bu şəhərin mərkəzinin indiki Xaldan kəndindən 3 km şərqdə yerləşdiyi ehtimal olunur. Şəhərin qala divarlarının xarabaları Xaldan kəndi yaxınlığında qalır. Xaldan kəndinin əiraf ərazisi bu gün də Ərəş kimi tanınır və qədim şəhərə yaxın kənd Ərəş kəndi adlanır.
Yevlax – Bərdə magistral yolunun təxminən 18 – ci kilometrliyində torpaqdan ucaldılmış Zərgərtəpə Kurqanı yerləşir. Konusvari formada olan kurqanın ətək hissəsinin diametri təxminən 58 metr, hündürlüyü 11 metr, uzunluğu 120 metrə yaxındır.
Üçtəpə kurqanın topaq örtüyü 35 min kub metrə çatır və tədqiqatçılar hesablamışlar ki, bu kurqanın törpaq örtüyü façilərlə 3 ilə tökülüb başa çatdırılmışdır.
Xaldan kəndinin 3-4 km –də antik dövrə təsadüf edən Alban Sərdabəsi olduğu ehtimsal olunan Sərdabənin, Marzılı kəndi ərazisində VII əsrə aid edilən və XVI əsrdə Şeyx Həzrə Piri kimi tanınan Pirin, Malbinəsi kəndində Qarabağda tikilən qədim məscidlər tipinə aid  olan, XVIII əsrdə inşa edilən Məscidin qalıqları mühavizə olunur.
Şəhərdə 1 mərkəzi xəstəxana, 2 poliklinka, 1ağ ciyər xəstəlikləri xəstəxanası, Qadın məsləhətxanası, Təcili yardım stansiyası, kəndlərdə 9 həkim məntəqsi, 23 tibb məntəqəsi, 1 Xaldan sahə xəstəxanası vardır. 219 həkim 516 nəfər orta tibb işçisi əhalinin sağlamlığı keşiyində durur.
Əvəllər “Mübariz”, “Qələbə”, “Yeni-Yevlax”, “Təşəbbüs” adları ilə nəşr olunan şəhərin “Kür” qəzeti 1935-ci ildən çıxır. Hazırda Yevlax şəhər İcra Hakimiyyətinin orqanı “Kür” qəzeti 6000 tirajla çıxır. Bu əyalət mətbuatı içərisində  ən böyük rəqəmdir.
Torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə Yevlaxdan 219 nəfər şəhid olmuş, 18 nəfər itkin düşmüşdür. Azərbaycan torpaqlarının və dövlətçiliyimizin müdafiəsində göstərdikləri şücaətə görə Əsədov Malik Hamil oğlu (1962-1992) Nəcəfov Fəxrəddin Vilayəddin oğlu (1967-1992), Mədətov Fariz Əlövsət oğlu (1972) Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər. Təhsil aldığı Hacıselli kənd orta məktəbi Milli Qəhrəman Malik Əsədovun, Yəldili kənd orta məktəbi Milli Qəhrəman Fəxrəddin Nəcəfovun adını daşıyır.
Rayonun kənd təsərrüfatını əkinçilik və heyvandarlıq təşkil edir. Yevlaxda buğda, arpa, çəltik günəbaxan, pambıq, bostan və tərəvəz bitkiləri yetişdirilir. Əhalinin şəxsi təsərrüfailarında 72763 baş iri buynuzlu mal-qara, 192246 baş xırda buynuzlu heyvan və 392481 baş quş vardır.
2004-cü ilin aprel ayından etibarən isə Yevlaxda Şəhər İcra Hakimiyyətinin Başçısı təyin edilmiş Elmar Vəliyevin rəhbərliyi ilə misli görünməmiş tikinti qurucluq işləri həyata keçirilməyə başlanmışdır.